Ödənişli təhsil aldıqları müddətdə təhsil haqqı dövlət hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilib Ödənişli təhsil aldıqları müddətdə təhsil haqqı dövlət hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilib 30 may 2024 15:12 (U

Təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilib.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.