İdmançılar təltif olunub - foto
Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində "Konstitusiya və Suverenlik İli" çərçivəsində idman sahəsində uğur qazanan Abşeronlu gənclərlə görüş keçirilib. Xalid Məmmədov güləşin kuraş növü, Səma Abbasova boks idman növü, Rəşad Quluzadə isə qol güləşi idman növü üzrə Respublika və Avropa yarışlarında yüksək nəticələr göstərdiyinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına və “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub. Gənc idmançılarla görüşlər davamlı olaraq təşkil olunacaqdır.