Şəhid Şirinov Nazim Şirin oğlunun qalıqları Mehdiabad qəsəbəsində dəfn olunub
Birinci Qarabağ müharibəsində şəhid olan Şirinov Nazim Şirin oğlunun qalıqları Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunub.
Hərbçimizin nəşinin qalıqları Fizulidə adsız qəbiristanlıqda tapılıb.
Şəhidin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Mehdiabada ailə üzvlərinin yaşadığı evə gətirilib.
Vida mərasimindən sonra şəhid Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Şirinov Nazim Şirin oğlu 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.