"Narkomaniya qarşı birgə mübarizə aparaq" adlı tədbir ke,irilib

"Narkomaniya qarşı birgə mübarizə aparaq" adlı tədbir ke,irilib

 

   

 

 Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Abşeron rayon MKS-nin Mərkəzi Kitabxanasında Narkomaniya və Narkobiznesə qarşı mübarizə tədbirləri çərçivəsində "Narkomaniya qarşı birgə mübarizə aparaq" adlı tədbir təşkil olunub. Tədbirə açılış nitqi ilə başlayan Mərkəzi Kitabxananın direktor v.m.i.e Rəşidə Rzayeva gələn qonaqları salamlayıb və gənclərimizin gələcəyinə ciddi təhlükə yaradan narkomaniya problemi ilə bağlı mübarizə yolları haqqında danışıb. Sonra qonaqlar İcra hakimiyyəti yanında Narkomaniya ilə mübarizə təşkilatının üzvü Şəhla Ağbulud, jurnalist Bəydadaş Cəfərov çıxış ediblər. Çıxışçılar bildiriblər ki, narkomaniya yalnız fərdi bir problem deyil, ailələrimizi, cəmiyyətimizi və ümumilikdə ölkəmizin gələcəyini təhlükə altına atan geniş miqyaslı bir bəladır. Sonda mövzu ilə bağlı kitablara baxış keçirilib.