Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub

Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.