Bilik Günü münasibətilə tədbirlər keçirilib-FOTO

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib.
Bugün Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 19 840 nəfər şagird üçün 2024-2025-ci tədris ilinin ilk zəngi çalınıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən məktəb rəhbərləri yeni tədris ili üçün qarşıya qoyulan məqsədlərdən, təhsildə aparılan islahatlar və yeniliklərdən bəhs ediblər.
Tədbirdə iştirak edən idarənin rəsmiləri və qonaqlar, müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, ümumtəhsil müəssisələrində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub. Tədbirin sonunda qonaqlar ilk dərs prosesini izləyərək, şagirdlərə yeni biliklər qazanmaqda dəstək olacaqlarını bildiriblər.