Deputat növbəti dəfə vətəndaşlarla görüşdü - Foto
Milli Məclisin deputatı 07 yanvar 2024 cü il tarixində YAP Abşeron rayon təşkilatında növbəti vətəndaş qəbulunu keçirib.
Xırdalan informasiya agentliyi xəbər verir ki, Millət vəkili Nigar xanım Məmmədova qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların müraciət, təklif, şikayətlərini dinləyib.
Görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında ,əsən işsizliklə bağlı vətəndaşın qarşılaşdığı çətinlik, aztəminatlı ailənin üzləşdiyi məişət problemləri, ünvanlı sosial yardımın alınması və s. bu kimi məsələlər başlıca yer almışdır.
Millət vəkilinin köməkçisinin verdiyi məlumata görə, seçicilərlə ayda 2 dəfə keçirilən görüşlərdə seçicilərin qaldırdığı məsələlırin həllinə çalışılır. Qəbullar ərzində deputat Nigar xanım Məmmədova vətəndaşların bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürərək və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanlayır, məsələri nəzarətə götürür.
Abşeron rayonunda o cümlədən Xırdalan şəhərində keçirilən bu günkü qəbulda şəxsən özün iştirak etdim. Xalqın elçisinin vətəndaşa qarşı diqqət və qayğısı, səmimi, mehribanlığın gördüm. Seçicilərinin yanında olan xanım deputata öz təşəkkürümü bildirir, yeni ildə cansağlığı, məsuliyyətli, şərəfli işində daima uğurlar arzulayırıq.