Məmmədli kənd  seçiçiəri Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcək 

 Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron  rayonunun Məmmədli kənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd edib ki, Azərbaycan dünyada inkişaf diyarı, multikultural dəyərlərin və tolerantlıq mühitinin hökm sürdüyü sabitlik adası, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır: “Ümummilli Lider Heydər Əliyevin ideyalarının təntənəsinin təzahürü olan müasir Azərbaycan şanlı Zəfərdən yeni zirvələrə doğru inamla irəliləməkdədir”.
Bələdiyyə üzvlüyünə namizədlər Ceyhun Ələsgərov  və kənd Ağsaqqallar şurasının üzvü Şərif Şərifov  YAP-ın seçki proqramında əksini tapan hədəfləri diqqətə çatdırıblar. Vurğulanıb ki, bələdiyyələrin idarəetmədə rolunun gücləndirilməsi mühüm məqsədlərdəndir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının  namizədləri Abşeron rayonunun kənd və qəsəbələrində bir neçə məhəlli görüş də keçiriblər. 
Görüşlərdə iştirak edən seçicilər Azərbaycanın dinamik inkişafına müstəsna töhfələr verən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildiriblər.