Şən bahar” adlı musiqili tamaşa nümayiş olunub
Niyazinin mənzil-muzeyində Beynəlxalq ev-muzeyləri günü münasibətilə “Şən bahar” adlı musiqili tamaşa nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova gənc istedadlara uğurlu çıxışlar arzu edib.
Xırdalan şəhər 11 illik musiqi məktəbinin iştirakı ilə keçirilən proqramda Üzeyir Hacıbəyli, Əşrəf Abbasov və Sevinc İbrahimovanın uşaq mahnıları, Cəlal Abbasovun “Şən bahar” musiqi səhnəcikləri böyük maraqla qarşılanıb. Musiqili tamaşanın bədii rəhbəri məktəbin müəllimi, musiqişünas Sevinc İbrahimovadır.