Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib-foto

Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib-foto

  

  

Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14-15 aprel 2025-ci il tarixində tibbi aksiya keçirilib. Aksiya tibb müəssisəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan Ailə Sağlamlıq Mərkəzində həyata keçirilib.
 
Vətəndaşların tibbi əlçatanlığını təmin etmək üçün oftalmoloji xidmətlər təşkil olunub və 349 nəfər xidmətdən yararlanıb. Həmçinin təşkil olunan aksiyada oftalmoloji xidmətlərdən əlavə əhalinin yararlanması üçün kardioloq, endokrinoloq, nevroloq, oftalmoloq, radioloq, cərrah ixtisası üzrə həkimlər cəlb edilib, ultrasəs(USM), elektorkardioqramm(EKQ), laboratoriya və s. kimi xidmətlər olmaqla ümumilikdə 1564 nəfərə 2500-dən çox tibbi xidmət göstərilib.
 
Aksiyada sakinlər ixtisaslı həkimlərə müraciət edərək, tibbi xidmətdən yüksək səviyyədə faydalanıblar.
 
Xatırladaq ki, layihənin məqsədi rayonun müxtəlif ərazilərində yaşayan vətəndaşlara yerində, daha əlçatan və keyfiyyətli xidmətin göstərilməsidir.
 
Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib