Rusların üç istiqamətdə hücumları dəf edildi
Rusların üç istiqamətdə hücumları dəf edildi
Ukrayna ordusu ötən sutka ərzində üç istiqamətdə rus hərbçilərin hücumlarını dəf edib.
XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.
"Düşmən əsas səylərini Liman, Baxmut və Maryinka istiqamətlərində cəmləşdirir - gün ərzində 30-dan çox döyüş toqquşması baş verib", - məlumatda deyilib.
Bildirilib ki, xüsusən də Rusiya Luqansk vilayətinin Nevski və Dibrovanın cənubu ərazilərində uğursuz hücum əməliyyatları həyata keçirib.