Ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub

Ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllə şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri zamanı fiziki şəxs Yusibova Solmaz Hümbət qızının İran İslam Respublikasından idxal etdiyi ərzaqlıq kartofdan götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm - kartofun qonur çürüməsi aşkar olunub.