Meksikada həbsxanada iğtişaş baş verib, ölənlər var

Meksikada həbsxanada iğtişaş baş verib, ölənlər var
Meksikada həbsxanada iğtişaş olub.

APA xəbər verir ki, bu barədə “El Universal” məlumat yayıb.

Çiuaua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanadakı hadisə zamanı 10 mühafizəçi və 4 məhbus həlak olub.

Qeyri-rəsmi məlumata görə, 20-dən çox məhkum həbsxanadan qaçıb. Hazırda onların axtarışı aparılır.