Çində avtomobil qəzası nəticəsində azı 17 nəfər ölüb

Çində avtomobil qəzası nəticəsində azı 17 nəfər ölüb
Çinin cənub-şərqində baş verən qəzada azı 17 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qəza bazar günü Tszyansi əyalətində baş verib.

Bütün zərərçəkənlərin tibb müəssisələrinə aparıldığı, hadisənin başvermə səbəblərinin araşdırıldığı bildirilir.

Qəzanın təfərrüatları açıqlanmır.