“Apple”nin pullu xidmətlərinin auditoriyası bir milyarda yaxınlaşır

“Apple”nin pullu xidmətlərinin auditoriyası bir milyarda yaxınlaşır
Apple” pullu xidmətlərinin auditoriyasının 935 milyon nəfərə çatdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ödənişlər “iCloud”, “Apple Music”, “Apple TV+”, “Apple Arcade”, “Apple News+”, “Apple Fitness+”, “Apple One” və “Apple Pay” abunəçiləri tərəfindən həyata keçirilir.

Ötən il ərzində “App Store” abunəçilərinin artımı on faiz təşkil edib.