Novosibirskdə qaz partlayışı nəticəsində ölənlərin sayı 13-ə çatıb

Novosibirskdə qaz partlayışı nəticəsində ölənlərin sayı 13-ə çatıb
Novosibirskdə beşmərtəbəli binada qaz partlayışı nəticəsində ölənlərin sayı 13-ə çatıb.

AZƏRTAC xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində daha 9 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün Novosibirsk şəhərinin Lineynaya küçəsində beşmərtəbəli binada qaz partlayıb. Partlayışdan sonra yanğının başladığı binadan 50 nəfər təxliyə edilib.

Novosibirskdə fevralın 10-da matəm elan olunub.