İtaliyada miqrantların olduğu qayığın batması nəticəsində ölənlərin sayı artıb

İtaliyada miqrantların olduğu qayığın batması nəticəsində ölənlərin sayı artıb
İtaliyanın cənubundakı Krotona qəsəbəsi sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 67-yə çatıb.

AZƏRTAC xəbər verir ki, İtaliyanın patrul gəmiləri ilə hazırda axtarış-xilasetmə əməliyyatları bütün sahil zonası boyunca davam edir. İtkin düşənlərin sayı hələlik naməlum olaraq qalır. Qayıqda azı 150 miqrantın olduğu bildirilib və bu vaxtadək 80-dən çox insan xilas edilib.

İtaliya Prezidenti Sercio Mattarella hadisə qurbanlarının xatirəsini yad etmək üçün martın 2-də Krotona şəhərinə gedəcək və həlak olanların dəfn mərasimində iştirak edəcək.

Xatırladaq ki, fevralın 26-da İran, Pakistan və Əfqanıstandan olan miqrantları daşıyan qayıq əlverişsiz hava şəraiti səbəbindən İtaliyanın Kalabriya regionu sahillərində qayalara çırpılaraq batıb.