Şəkidə evdə yanğın baş verib

Şəkidə evdə yanğın baş verib
Şəkinin Baş Küngüt kəndində birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 ədəd həcmi 50 litr, 2 ədəd həcmi 5 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin