Qatarın Tovuz rayon sakinini vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Qatarın Tovuz rayon sakinini vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb
saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyənləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır