Yasamal rayonunda çoxmərtəbəli binada yanğın olub

Yasamal rayonunda çoxmərtəbəli binada yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.