Bakıda qardaş bacısını bıçaqlayıb

Bakıda qardaş bacısını bıçaqlayıb
Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, rayon sakini Yasər Rüstəmov münaqişə zəminində bacısını bıçaqlayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.