Yeniyetmə badmintonçumuz Estoniyada ikinci olub

Yeniyetmə badmintonçumuz Estoniyada ikinci olub
Uşaq və yeniyetmə badmintonçularımız Estoniyanın Tartu şəhərində keçirilən “Yonex Estonian Youth International 2022” turnirində çıxışlarını başa vurublar.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təmsilçilərimizdən ən yüksək nəticəyə Məhəmməd Hacızadə imza atıb. M.Hacızadə 11 yaşadək oğlanların şəxsi yarışında turnirin yarımfinalına kimi irəliləməyi bacarıb. Badmintonçumuz həm finala yüksəlmək, həm də 3-cü yer uğrunda keçirilən görüşlərdə eston rəqiblərinə uduzaraq dördüncü olub. Bu yaş kateqoriyası üzrə oğlanların qoşa yarışında isə qrup mərhələsində latviyalı Oskar Bajarsla birgə mübarizə aparan təmsilçimiz ikinci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır