Abşeron rayonunda gənclər və idmançılarla məsləhətləşmələr aparılıb
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin fəaliyyət planının hazırlanması ilə əlaqədar 2023-cü il 20 iyul tarixində Abşeron rayonunda gənclər və idmançılarla məsləhətləşmələr aparılıb.
Gənclər üçün müxtəlif müsabiqələrin, intellektual oyunların, düşərgələrin, həmçinin açıq havada tədbirlərin təşkil edilməsi, idman qurumlarına daha cox gəncin cəlb edilməsi, kütləvi idman tədbirlərinin sayının artırılması və sağlam həyat tərzinin təşviq edilməsi sahəsində fəaliyyətlərin effektivliyinin artırılmasına dair fikir mübadiləsi aparılıb.