Peşəkar Jurnalistlərlə Böyük görüş
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda Milli mətbuatın ana dilində nəşrə başlamasının 148 ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə QHT rəhbərləri, tanınmış media nümayəndələri, şəhid ailələri və iş adamları iştirak ediblər.
Tədbirin məqsədi təməli "Əkinçi" qəzeti ilə qoyulan və bu gün də davam etdirilən milli mətbuatın keşiyində dayanan media nümayəndələri ilə görüşmək və onların bayramlarını qeyd etmək olub.
Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı bildirib ki, 1875 ci il 22 iyulda görkəmli maarifçi, təbiətşünas alim Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifələr açdı. "Əkinçi" qəzetində dövrün görkəmli alim və ziyalılarının şeirləri, məqalələri çap olunub, geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunub.
Müstəqillik yolu ilə irəliləyən və hərtərəfli inkişafı edən Azərbaycanda söz və mətbuat azadlığınının təmin olunmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz buna görə də mətbuatın dostu Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq hər zaman dəqiq, qərəzsiz, lazımı məlumatları və baş vermiş hadisələri ictimaiyyətə çatdıran, otuz illik yurd həsrətindən, döyüş meydanında igidlik göstərən oğulların hünərindən, şəhidlərdən, qazilərin döyüş yolundan, əldə olunan böyük qələbədən yazan peşəkar Jurnalistlərlə bərabər olmağı özümüzə borc bildik.
Birlik sədri jurnalistlərə bu məsuliyyətli və şərəfli peşədə daha böyük uğurlar qazanmağı, azad, müstəqil və bütöv Azərbaycanın xoşbəxt gələcəyindən yazmağı arzulayıb.
Tədbirin sonunda dəvət olunmuş bütün jurnalistlərə Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən tərəfindən təsis edilmiş "Fəxri Diplom" və hədiyyələr təqdim olunub.
Xırdalan informasiya agentliyi olaraq öz növbəmizdə 22 iyul Milli Mətbuatın 148 ci ildönümü qələm sahibləri, əsil jurnalistləri peşə bayramı münasibətilə təbrik edir, cansağlığı, işlərində uğur arzulayırıq.
Hörmətlə; "Xırdalan" qəzeti, XırdalanTv yotube kanalı, Xirdalan.info.az saytının redaksiya kollektivi