Milli Mətbuat günü Xırdalanda Şəhidlər xiyabanı ziyarət olundu-FOTO
Bu gün 21 iyul 2023 cü il tarixində Milli Mətbuatın 148 ci ildönümü münasibətilə Xırdalan informasiya agentliyi kollektivi Xırdalan şəhər Şəhidlər xiyabanında qəhrəman şəhidlərimizi ziyarət edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi haqqında 2 oktyabr 2006-cı il № 149-IIIQ Azərbaycan Respublikasının Milli Məclisi qərarı ilə Abşeron rayonunun Xırdalan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xırdalan qəsəbəsinə şəhər statusu verilsin, Xırdalan qəsəbə inzibati ərazi vahidi Xırdalan şəhər inzibati ərazi vahidi adlandırılıb.
Bildirək ki, 29 oktyabr 2006 cı ildən Xırdalan şəhər statusu alması münasibətilə Anar Əlişah oğlu Nağıyev tərəfindən "Xırdalan" qəzeti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınaraq işıq üzü görmüşdür.
2006 cı ildən çap olunan "Xırdalan" qəzeti bu günə kimi fasilələrlə nəşr olunub. 2010 cu ildə www/xirdalanpress 2015 ci ildən www/xirdalan.info.az veb sayt olaraq sosial şəbəkələrdə səyfə və qruplar olaarq fəaliyyətin davam etdirib. 2018 ci ildən XırdalanTV yotube kanalı kimi Xırdalan şəhər sakinlərinin xidmətindədir. Xırdalan informasiya agentliyi Xırdalan Gənclər mərkəzində redaksiya olaraq fəaliyyət göstərib. Abşeron jurnalistlər birliyi, Nəbi Xəzri klubu, Gənc istedadlar birliyi kimi redaksiyanın tərkibində xırda qrumlar rayonun gənclərini, yazarlarını, şair, yazıçı, jurnalistlərini bir yerə toplayıb. 2022 ci ildən ehtibarən qəzetin çapı maliyə olmadığı və abunə yazılmadığı üçün dayandırılıb. Sayt və yotube kanalı fəaliyyətdədir. Hazırda təsüflər olsun ki, redaksiyası olmadığı üçün müxtəlif məkanlarda görüşlər, tədbirlər, lahiyələr həyata keçirir.
İnanırıq ki, tezlikən Xırdalan informasiya agentliyi (Xırdalan qəzeti, Xirdalan.info.az, XırdalanTv yotube kanalı) dünyada, ölkəmizdə, rayonumuzda və nəhayət şəhərimizdə baş verən gündəlik hadisələri operativ, dəqiq, qərəzsiz, məsuliyyətlə, fəxrlə və sevinclə öz oxucusu, izləyicisinə çatıracaq.
Bayramınız, bayramımız mübarək olsun əsil qələm sahibləri, jurnalist adını, peşəsini yüksək tutan, məsuliyyətli daim ucaldan həmkarlar!