Kino gününün təsis edilməsində Ümummilli Liderin xüsusi rolu olub

Kino gününün təsis edilməsində Ümummilli Liderin xüsusi rolu olub

 

 

 “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film günlərinə start verilib. Xırdalandakı Heydər Əliyev Mərkəzində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Abşeron rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Nümayişdən əvvəl çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Mahmudzadə Azərbaycanda kino sənətinin xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynadığını bildiriblər. Natiqlər ölkəmizdə kino gününün təsis edilməsində Ümummilli Liderin xüsusi rolunu diqqətə çatdırıblar.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “Generalın planı” adlı filmə baxış keçirilib.