FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi


 Hazırda ölkədə müşahidə olunan küləkli və isti  hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına kiçik etinasızlıq və ya ehtiyatsızlıq böyük fəsadlara yola aça bilər.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə növbəti müraciətində bildirilib.

Müraciətdə isti hava və küləyin təsirindən ən kiçik qığılcımın belə qısa zamanda böyük yanğına çevrilə, acı nəticələrə səbəb ola biləcəyi qeyd olunub.

“Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi növbəti dəfə əhaliyə müraciət edərək, xüsusilə hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır”, - müraciətdə vurğulanır.