DİN: Həyat yoldaşını qətlə yetirən şəxs könüllü polisə gələrək təslim olub

DİN: Həyat yoldaşını qətlə yetirən şəxs könüllü polisə gələrək təslim olub

 

 Abşeron rayonunun Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü Səkinəxanım İsaqova Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub və saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.