5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub

5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub

 

 Abşeron rayonunda evdən oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri üzə çıxıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənbildirilib ki, rayon polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki dörd evdən oğurluq etdiyinə görə tutulmuş Elmik Nəsirlinin müxtəlif vaxtlarda paytaxt sakini Səfər Bayramov ilə birgə daha yeddi evdən ümumilikdə 5800 manat dəyərində elektrik naqili, təmir alətləri, elektrik aksesuarları və avadanlıqları oğurlaması da müəyyən olunub.

Polis əməkdaşlarının davam etdirdikləri tədbirlərlə Səfər Bayramov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.