“Heydər Əliyev İli” çərçivəsində Abşeronda ağacəkmə aksiyası keçirilib
Bu gün “Heydər Əliyev İli” çərçivəsində Abşeronda ağacəkmə aksiyası keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının təşkilatçılığı ilə rayon təşkilatının təsdiq olunmuş iş planına uyğun olaraq Abşeron rayonu Hökməli qəsəbə ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev və təşkilatın əməkdaşları, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Yusif Sadıqov və aparatın məsul şəxsləri, gənc könüllülər və tələbələr iştirak ediblər.
Qeyd olunub ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ulu Öndərin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.
Aksiya çərçivəsində fəalların iştirakı ilə 300 ədəd müxtəlif növ ağac əkilib, əkilmiş ağaclar suvarılıb və onlara aqrotexnik qulluq işləri göstərilib.
Sonda xatirə şəkilləri çəkilmişdir.