FHN məktəb və baxçlarda fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı tədbir keçirib

FHN məktəb və baxçlarda fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı tədbir keçirib

 

 Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dənverilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Nəsimi rayonu 35 nömrəli tam orta məktəbində və Qaradağ rayonu 333 nömrəli uşaq bağçasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Xırdalan şəhər 23 nömrəli Körpələr evi-uşaq bağçasında, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayon 6 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Cəlilabad şəhər Ş.İ.Xətai adına 4 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayonu, Əhmədağalı kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayon Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu, Mehrəliqışlaq kənd ümumi orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən isə Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.