"Özünü tanı-sağlam yaşa" gəlin birlikdə öyrənməyi öyrənək

"Özünü tanı-sağlam yaşa" gəlin birlikdə öyrənməyi öyrənək

  

 

 

 

16 dekabr 2023 cü il tarixində  Esmanur tədris mərkəzində tədris olunan müəlifi Hörmətli İlahə Xuduqızının olduğu "Özünü tanı- sağlam yaşa" praqramı üzrə  seminarlar davam edir.
2023 cü il Ümummili Liderimiz Heydər Əliyev ili çərçivəsində Mərkəzin rəhbərliyinin tədbirlər praqramına uyğun olaraq bu ilin yanvar ayından start gğtürən Abşeron rayon Mədəniyyət evində 2 gün  keçirilən Türkiyə Respublikasından Esmanur Tədris mərkəzi tərəfindən dəvət olunmuş uzman hocalar, Emel Seri, Çocuk Gelişimi ve Eğitimi,
Aile Eğitimi Uzmanı və  Ayhan Apaydın, Proje, Üretomi, Danışmanlıq, Çevre Kalkınma, Teknolojileri, ve Stratejileri, Egitim ve TİC. Limited şirkətinin öyretimeni seminarda iştirak etmiş Seminar iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Mart ayında, may və oktyabr aylarında İlahə Xuduqızı tərəfindən məktəbəqədər təhsil ixtisası almış, uşaq bağçaları, tədris müəssisələrində çalışmaq istəyən müəllimlər üçün seminarlar,açıq dərslər keçirilib.
 Esmanur Tədris mərkəzinin 10 saylı şəhid Röyal Ələkbərov adına Masazır qəsəbəsi Yeni Bakı yaşayış masivində yerləşən filialında seminarımızı açıq elan edərək Esmanur ailəsi adından iştirakçıları əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndi.
Dahi şəxsiyyət  Heydər Əliyevi və Azərbaycanın müstəqiliyi,azadlığı torpaqları uğrunda şəhid olanları bir dəqiqəlik sükutla yad edildi.
Sonra Esmanur Tədris mərkəzinin direktoru, Azərbaycan yazıçılar,jurnalistlər birliyinin üzvü, "Özünü tanı-Sağlam yaşa"praqramının müəllifi, oyun terapisi,öyrətmənin öyrətməni İlahə  Xuduqızını kürsiyə dəvət edildi.
Seminar işçilərini salamlayan direktor, yeni tədris praqramı bardə grniş məlumat verərək,iştirakçılara uğurlar arzuladı.
Esmanur tədris mərkəzində tətbiq olunan yeni layihə paytaxtda və regionlarda davam etdiriləcəkdir. Bu praqram ilə məktəbəqədər təhsilin hal-hazırki vəziyyətini müzakirə edilməsi və yeni modellər hazırlayaraq müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulub.
Bu günkü qonağımız Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Çexiya, Gürcüstan, Qazaxıstan, Litva, Özbəkistan, Tailand, Türkiyə, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü,Esmanur Tədris mərkəzinin fəxri üzvü hörmətli Vüqar İskəndərova söz verildi.
Deputat məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsi olduğunu bildirərək,məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulduğunu qeyd etdi.
 Məktəbəqədər təhsil uşaqların sosial-emosional bacarıqlarının inkişafına müsbət təsir edir. Uşaqlar güzəştə getməyi, hörmət etməyi və problemi həll etməyi öyrənirlər. Məktəbəqədər qrupda uşaqların araşdırma qabiliyyətinin gücləndirilməsi, onlarda özünəinam hissinin yaradılması və həmyaşıdları ilə oynamaları üçün əlverişli mühit olur.  
V.İskəndərov bu yaş dövründə təlim uşağın sosial-emosional, kiçik və böyük motor, eləcə də intellektual bacarıqlarının yaxşılaşmasına müsbət təsir edir. Onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yarandığını vurğulayaraq, bu gün keçirilən seminar iştirakçılarının uğur arzuladı.
 Azərbaycan Respublikası Elm Təhsil nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti hörmətli Yaydagül Rəhimova çıxışında seminarların keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşma və strategiyalarla tanış etməkdən ibarət olduğunu,təlimlər məşğələlərin təşkili, yaş psixologiyası, valideynlərlə əməkdaşlıq, inklüziv təhsil, ilkin tibbi yardım, guşələrlə iş və digər mövzuları əhatə etdiyini bildirdi.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə keyfiyyətin yaxşılaşdırılmasından ibarətdir. Bu baxımdan ehtiyaclar əsasında məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişafla bağlı təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur.
Təlimdə məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Açıq havada təşkil olunan seminar müddətində spiker tərəfindən iştirakçılarla nəzəriyyələrə istinad edilən praktik təcrübələrini bölüşərək onların özünüinkişaf proqramını qurmaq məqsədilə mənbə və istiqamətlər verilib.
Seminarın məqsədi bağçalarla əməkdaşlığın gücləndirilməsi, uşaqların yaş dövrünə müvafiq bacarıqların inkişaf etdirilməsi üçün fəaliyyətin planlanması və valideyn məmnuniyyətinin təmin olunması olmuşdur.
Təlimlərdə uşaqların profilaktik müayinələrinin yaxşılaşdırılması və dərin tibbi müayinələrinin keyfiyyətli təşkili, uşaqların sağlam həyat tərzi və fiziki aktivlik sahəsində görüləcək tədbirlər barədə danışılıb.
Çıxışlardan sonra mövzu əsasında seminar iştirakçıları geniş müzakirə apardı və bu istiqamətdə vacib olan məqamlar haqqında təkliflər irəli sürdülər.
Seminarda məktəbəqədər təhsil müəssisələri üçün yaradılmış yeni praqramın tətbiqində Esmanur tədris mərkəzinin müəllimlərinin tədrisdə öndər olacaqlarına bu kimi seminarların tez tez keçirilməsinin vacibliyi qeyd olundu.Yeni praqram barədə ətraflı məlumat verilib, sistemin məqsədi və işləmə prinsipləri müəssisə rəhbərlərinə izah olunub.
 
Seminar zamanı iştirakçıların yeni yaradılmış sistemlə iş barədə sualları cavablandırılıb.
Sonda seminarda iştirak edənlərə serfikatların təqdim olunub.