Əsgər Əmirəliyev dünyasını dəyişib
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Əsgər Əmirəliyev dünyasını dəyişib. Onun qəfil ürəyi dayandığı bildirilir.
Mərhumun ailə üzvləri məlumat verib ki,hazırda dəfn üçün tədbirlər görülür. Oğlu xaricdə olduğu üçün, mərhumun nəşi onun gəlişindən sonra torpağa tapşırılacaq.
Qeyd edək ki,Əsgər Əmirəliyev uzun müddətdir Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi kimi fəaliyyət göstərib. Əmirəliyev FİFA hakimi Akif Əmirəlinin atasıdır.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 01 dekabr 2015-ci il tarixli qərarına əsasən ona " FƏXRİ BƏDƏN TƏRBİYƏSİ və İDMAN İŞÇİSİ ” adı verilib.
Azərbaycan Respublikası Prezidentinin 02 mart 2010 –cu il tarixli Sərəncamı ilə " Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə də təltif olunub.
Allah rəhmət etsin...