Abşeronlular Qalib xalqın qalib liderini dəstəkləyəcəklər

Abşeronlular Qalib xalqın qalib liderini dəstəkləyəcəklər

 

 

 

 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, təşviqat qrupunun üzvləri - şəhid atası Nizami Zalov və qazi Süleyman Cəfərov çıxış ediblər.

Natiqlər Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin keçdiyi misilsiz inkişaf yolundan geniş bəhs ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan qazandığı böyük uğurlarla dünya dövlətləri arasında layiqli yer tutub.

Natiqlər Azərbaycanın bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcəyinə inamlarını ifadə ediblər.

Qeyd edilib ki, həmişə olduğu kimi, xalqımız bu dəfə də düzgün seçim edərək, dövlətimizin təhlükəsizliyinin, iqtisadi qüdrətinin ilbəil möhkəmlənməsinin təminatçısı olan cənab İlham Əliyevə səs verəcəklər.