Abşeron yarımadasının bəzi yerlərində küləyin 30-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir

Abşeron yarımadasının bəzi yerlərində küləyin 30-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir

 

 Yanvarın 17-si səhərdən axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28, gündüz yarımadanın bəzi yerlərində 30-32 metrədək güclənəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 17-də Azərbaycanın rayonlarında qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, bəzi şərq rayonlarında arabir 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Yanvarın 17-si axşam əsasən Gəncə-Qazax, Balakən-Şəki, zonalarında havanın qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimal edilir.