Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsi təmir edilib

Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsi təmir edilib

 

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, uzunluğu 2026 metr, ortalama eni isə 8 metr təşkil edən sözügedən küçə uzun müddət təmir olunmadan istismar olunması nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətləri çəkilməklə yol yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.