Yüksək Liqa: “Azərreyl” yenidən liderliyi ələ keçirib
Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI tura yekun vurulub.
Günün yeganə qarşılaşmasında UNEC “Azərreyl”i qəbul edib.
Matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, xallarının sayını 27-yə çatdıran (9 qələbə) “Azərreyl” yenidən liderliyi ələ alıb.
“Murov Az Terminal” 26 xalla (9 qələbə) 2-ci, “Abşeron” 21 xalla (7 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.