Qalib komandalar Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif edilib
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 09 aprel 2024-cü il tarixində Abşeron rayonu Heydər Əliyev Mərkəzində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Xəmsə" Milli İntellektual oyunu keçirilib.
Ümumilikdə 8 komandanın iştirak etdiyi çempionatda "Maqneziya" komandası I yerə, "Turan" komandası II yerə, "Xarıbülbül" komandası isə III yerə layiq görülüb.