Abşeron Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə pasiyent üzərində endoprotez əməliyyatı icra edilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 78 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının bipolyar artroplastikası (endoprotez) əməliyyatı uğurla başa çatıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, tıxılma səbəbindən xəstəxanaya müraciət edən və sol bud sümüyünün boynunun sınığı diaqnozu qoyulan pasiyentdə yanaşı xəstəliklər aşkarlanmasına baxmayaraq, əməliyyat sırasında çətinliklər yaşanmayıb.
Tibb müəssisəsinin həkim-travmatoloqu Elcan Mirzəzadə tərəfindən həyata keçirilən bu ağır əməliyyat sözügedən xəstəxanada ilk dəfə icra olunub.
Əməliyyatdan sonra pasiyentə hər bir zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.