Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs inzibati qaydada həbs olunub

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs inzibati qaydada həbs olunub

 

Martın 14-də saat 15 radələrində Abşeron rayonu ərazisində “BMW” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sürücü Anar Məmmədxanovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə A.Məmmədxanov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs olunub.