Masazır qəsəbəsində çoxmərtəbəli binada yanğınla nəticələnən partlayış baş verib

Masazır qəsəbəsində çoxmərtəbəli binada yanğınla nəticələnən partlayış baş verib

  

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdənbildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 46 kvadratmetr olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə zamanı bir otağın yanar konstruksiyaları yanıb və partlayış dalğasının təsirindən mənzil yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.