Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev sərəncam imzaladı

 

Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:

Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Əliyeva Afət Əlixan qızı

Əliyeva Gülşən Şəfa qızı

“Tərəqqi” medalı ilə

Abdullayev Məhəmməd İzzət oğlu

Aslanov Ceyhun Xeyrulla oğlu

Ələkbərov Rüfət Nazim oğlu

Əliyeva Ülviyyə Kamal qızı

Həsənova Ayan Hümmət qızı

Kərimov Rəşad Əziz oğlu.