Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyalarını ödəyib.
 
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.