Masazırda evdən 26 min manatlıq qızıl oğurlanıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 2400 manat pul, 26.600 manat dəyərində qızıl-zinət əşyaları, 3 ədəd mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Rəsul Məmmədov müəyyən olunaraq saxlanılıb.
Bu barədə DİN-dən bildirilib.
Araşdırma aparılır.