"Böyük xilaskarlıq qayıdışı" adlı dəyirmi masa keçirilib
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mədəniyyət Mərkəzində "15 İyun- Milli Qurtuluş Günü" nə həsr olunmuş " Böyük xilaskarlıq qayıdışı" adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Əməkdar mədəniyyət işçisi Arzu Rzayev qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə xalqın gələcək həyatını müəyyən edən mühüm başlanğıcın əsası qoyulur.Məhz belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılan 15 iyun Milli Qurtuluş Günüdür. Bu tarixi yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmlənməsində müstəsna rolu olan, daim xalqına arxalanan Heydər Əliyevdir. Digər çıxışçılar mövzu ətrafında maraqlı fikirlər söyləyərək , qədirbilən xalqımızın böyük oğlu Ümummilli lider Heydər Əliyevin xidmətlərini unutmadığını və hər il "15 iyun - Milli Qurtuluş Günü"nü yüksək əhval -ruhiyyə ilə qeyd etdiklərini vurğuladılar. Sonda Respublikanın Xalq artisti Şükufə Musayeva şair Zəlimxan Yaqubun " Əbədiyyət dastanı" poemasından parçalar söylədi.