Müəllimlərin sertifikatlaşdırılması prosesindən - FOTO
İyunun 21-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Sumqayıt şəhər İ.Qayibov adına 1 nömrəli tam orta məktəbdə keçirilən sertifikatlaşdırmanın test imtahanı mərhələsində iştirak edəcək bir qrup müəllimə imtahan prosesindən əvvəl uğurlar arzulayıb, onlara öz bilik və bacarıqları ilə yüksək nəticələr əldə edəcəyinə inandığını vurğulayıb.
Qeyd edək ki, sertikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması prosedurunu tənzimləməkdən ibarətdir.
Sertifikatlaşdırma diferensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun əməkhaqqı artımına və sosial rifahın yüksəlməsinə imkan yardır.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.
Sertifikatlaşdırmada iştirak edən uğur əldə edib, yüksək bal toplayan, imtahanı mərhələsində nəticə göstərən müəllimlərimizə uğurlar arzulayırıq!