Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır

Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır

 

Azərbaycanda sabahdan – iyulun 7-dən İslam təqvimi ilə Məhərrəm ayı başlayır.
 
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatında bildirilib.
 
Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf edəcək.
 
Qeyd edək ki, Məhərrəm və ondan sonra davam edən Səfər ayında toylar təxirə salınır.
 
Bu il məhərrəmlikdən sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək.