Qan verək, həyat qurtaraq!
12.07.2024-cü il tarixində saat 09:30-da Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək.
Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq aksiyada məqsəd hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaqdan ibarətdir.
Siz də şəxsiyyət vəsiqəsi ilə tibb müəssisəsinə yaxınlaşaraq qanvermə aksiyasında iştirak edə bilərsiniz.
Qan verək, həyat qurtaraq!