Xırdalan məktəblisi 700 bal topladı

Xırdalan məktəblisi 700 bal topladı

 

Ölkə üzrə maksimum balı o yığdı.
 
Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanında II ixtisas qrupu üzrə ən yüksək nəticəni Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib.
Belə ki, o hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. 
 
Qeyd edək ki, Şəbnəm imtahanın birinci mərhələsində də maksimum nəticə göstərərək 300 bal toplayıb.
 
Şagirdimizi təbrik edir, ona uğurlar arzulayırıq!
 
#EduAz #MÜTDA #AbsheronXiziRTİEduAz