Füzulidə yaşayış üçün ən gözəl şərait yaradılıb.
2023-cü il ilin 17 oktyabr tarixində Prezident İlham Əliyev “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çox mühüm mesajlar verib. Ali Baş komandan Cənab İlham Əliyev son antiterror tədbirləri ilə separatizmə birdəflik son qoyulduğunu, Azərbaycan ərazisində bir daha bu kimi zərərli ünsürlərin baş qaldıra bilməyəcəyi qəti şəkildə vurğulayıb. Bunun dövlətmizin gücü və xalqımızın qətiyyəti sayəsində mümkün olduğunu bildirildi. Artıq Qarabağda tam təhlükəsizlik təmin edilib. Keçmiş qaçqın və məcburi köçkünlər kimi füzulililər də geri qayıdır. Bunu YAP Abşeron rayon təşkilatrının sədri Abbas Əliyev deyib
Abbas Əliyev vurğulayıb ki, azad edilmiş bu gün digər ərazilərimiz kimi Füzulinin yeni siması göz oxşayır: “İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır. Bu, yeni reallıqdır ki, Azərbaycanda Milli Şəhərsalma Forumu işğaldan azad edilmiş ərazilərdə keçirilib. Ağdamda və Zəngilanda bu tədbirlər təşkil edilib. Eyni zamanda digər şəhərlərdə bütün layihələr təqdim olunub. Təbii ki, Füzulidə və başqa şəhər və kəndlərdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun təsbit edilib. Artıq azad edilmiş ərazilərdə rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirir. Çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb”.
YAP Abşeron rayon təşkilatının sədri qeyd edib ki, Füzuli şəhəri tamamilə yenidən qurulur: “Eyni zamanda Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi burada bütün infrastrukturu necə dağıdıb. Buraya gələn hər bir insan erməni vəhşiliyinin nədən ibarət olduğunu bir daha görmüş olur. Hətta Füzuli azad olunanda burada bir salamat bina olmadı ki, Bayrağımızı oradan ucaldılsın. Bütün bunlar isə Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq siyasətinin mahiyyətindən qaynaqlanırdı. İşğaldan uzun on illiklər öncə Azərbaycan və erməni xalqı hər zaman yanbayan yaşamasına baxmayaraq 90-ci illərin əvvəllərində Ermənistanın işğalçılıq və vandalizm siyasəti ucbatından xalqımıza qarşı soyqırım etnik təmizləmə həyata keçirilib. Təbii ki, Azərbaycan xalqı heç vaxt işğalı, əzab-əziyyəti unutmur və unutmayacaq”.
A.Əliyev bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş bütün bölgələrimiz kimi Füzulinin də tamamilə yenidən qurulduğunu bildirib: “Artıq Böyük Qayıdış proqramına uyğun olaraq Füzulidə yaradılan infrastrukturla yanaşı burada geri dönüb, əbədi xoşbəxt yaşayanların da sayının artması müşahidə edilir. Bu bir reallıq ki, Böyük Qayıdış Proqramı qəbul olunduğu andan böyük uğurla icra edilir. Artıq Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonuna kimi Füzulidə iyirmi iki min sakinin geri dönüb yaşaması nəzərdə tutulub. Ümumilikdə isə Cənab Prezaidentin açıqladığı kimi bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda yüz qırx min insanın geri dönüb, rahat, xoşbəxt təhlükəsizlik şəraitində, əbədi olaraq yaşayacaq”.
Abbas Əliyev,
YAP Abşeron rayon təşkilatının sədri